18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıdakı qəzada cəsədi tanınmaz hala düşdü
Dünən Bakıda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Nobel prospektində 99-MH-441 dövlət qeydiyyat nömrəli "Hyundai" markalı avtomobil sürət həddini aşıb və elektrik dirəyinə çırpılıb.
Nəticəsində maşının arxa təkəri partlayıb və iki hissəyə ayrılıb. Həmin vaxt cəsədlər maşından çölə çıxıb.
Avtomobili 24 yaşlı Anarın idarə etdiyi bildirilir. Cəsədi tanınmaz hala düşən şəxsin adı Hafizdir. O, Qəbələ rayon sakinidir. Evin tək oğludur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a bildirib ki, dünənki dəhşətli hadisədə dörd nəfər dünyasını dəyişib:
"Hazırda məsələ barədə araşdırma aparılır. Avtomobil elektrik dirəyinə çırpılıb və iki yerə bölünüb. Qəzada həlak olanlar gənclərdir. Vəfat edənlərdən üçü dost olublar. Digər şəxs isə avtomobil təmir ustası olub. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır".
Seymur Rəhimov
Emtv.az