18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Putin məni siçan zəhəri ilə öldürməyə cəhd etdi” – Rus modeldən sensasion iddia
Model: Putin məni siçan zəhəri ilə öldürmək istədi Londonda yaşayan 30 yaşlı rus maniken Anna Şapiro Rusiya prezidenti Vladimir Putini onu və ərini zəhərləməkdə ittiham edib.
Emtv.az xəbər verir ki, 4 martda İngiltərədə rus agenti Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənmə hadisəsindən sonra iki ölkə arasında yaranan diplomatik gərginliyin ardınca buna bənzər daha yeni bir iddia ortaya çıxıb.
Bazara günü 42 yaşlı əri Aleks Kinq ilə yeməyə gedən Şapiro ərinin 15 dəqiqə ərzində tualetdan qayıtmadığını görüncə, onun ardınca tualetə gedib.
Rus model Aleks Kinqin tualetdə ağzından köpük gəldiyinin və huşunu itirmiş halda uzandığını görüb.
Bunun ardına Rus model özünün da huşunun itdiyini dilə gətirib. Hadisədən sonra ərlə arvad xəstəxanaya aparılıb.
Bazar ertəsi günü xəstəxanadan çıxan Şapiro polsə ifadə verib.
Şapiro deyib ki, restoranda pizza, əri Aleks isə balıq, göyərti və kartof sifariş edib.
2008-ci ildən Londona köçən model iddia edib ki, Rusiya xüsusi xidmət orqanları onu İngiltərə agenti kimi qəbul etdiyindən, siçan zəhəri ilə zəhərləməyə çalışıblar.
Şapiro Putinin adamlarının onları siçan zəhəri ilə öldürməyə cəhd edtiyini bəyan edib.
O bundan əlavə olaraq telefonu vasitəsi ilə ölüm təhdidlərini aldığını da qeyd edib.
İsmayil İsmayilov
Emtv.az