18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Sergey Skripal özünə gəldi
Martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində qızı ilə birlikdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılan Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal kritik vəziyyətdən çıxıb.
Emtv.az xəbər verir ki, bu barədə “Reuters” xəstəxanaya istinadən məlumat yayıb. “Associated Press” agentliyi isə S.Skripalın müalicəyə yaxşı reaksiya verdiyini bildirib. Bir gün əvvəl S.Skripalın qızı Yuliyanın da özünü yaxşı hiss etdiyi açıqlanmış və Rusiyadakı bacısı ilə telefon danışığı yayılmışdı.
Qeyd edək ki, Skripalların zəhərlənməsi hadisəsi beynəlxalq miqyasda geniş əks-səda doğurub və Rusiya ilə Qərb arasında yeni diplomatik böhrana səbəb olub. Britaniya hökuməti S.Skripal və qızının “Noviçok” tipli kimyəvi maddə ilə zəhərləndiklərini bəyan edərək hadisəyə görə məsuliyyəti Rusiyanın boynuna qoyub. Əvvəlcə Britaniya 23 rusiyalı diplomat-kəşfiyyatçını “arzuolunmaz şəxs” elan edib və Moskva ilə siyasi təmasları dayandırıb. Ardınca ABŞ və bir sıra Avropa Birliyi ölkələri, eləcə də bəzi başqa dövlətlər ümumilikdə 150-dən çox Rusiya diplomat və kəşfiyyatçısını ölkədən çıxarıb. ABŞ 60 rusiyalı diplomatı “persona non qrata” elan edib və Sietl şəhərindəki Rusiya Baş Konsulluğunu bağlayıb.
Rusiya da bu dövlətərə analoji cavablar verib.
Emtv.az