17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakı musiqi məktəblərinin 150-dən çox məzunu tələbə adını qazanıb
Ötən tədris ilində Bakı musiqi məktəblərini bitirən 150-dən çox şagird tələbə adını qazanıb.
Emtv.az xəbər verir ki, onlardan 22-si Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 78-i Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində, 5-i Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 5-i Bakı Xoreoqrafiya Akademiyasında, 17-si Azərbaycan Milli Konservatoriyasında, 25-i isə Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirəcəklər.
Qeyd edilən məktəblərdə təhsil alan tələbələr mütəmadi olaraq Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Milli Konservatoriya və digər mötəbər səhnələrdə konsert proqramı ilə çıxış edirlər.
Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsində 31 musiqi, 6 incəsənət məktəbi fəaliyyət göstərir. Məktəblərdə şagirdlər fortepiano, qanun, kamança, tar, nağara, truba, klarnet, vokal və digər ixtisaslar üzrə təhsil alırlar. Ötən tədris ili ərzində şagirdlər bir çox beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrin qalibi və laureatları olublar.
İsmayil İsmayilov
Emtv.az