SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda ifaçılıq, rəsm, inşa yazı müsabiqələrinə yekun vurulub

10-05-2018, 09:09 | Oxunub: 10 740 |

Naxçıvanda ifaçılıq, rəsm, inşa yazı müsabiqələrinə yekun vurulub
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvandakı “Gənclik” Mərkəzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin muxtar respublika ifaçılıq, rəsm, inşa yazı müsabiqələrinin yekun tədbiri olub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünün önünə gül dəstələri düzüblər.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı və təbliğindəki misilsiz xidmətlərindən danışıb.

Qeyd edilib ki, Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin və Naxçıvan Musiqi Kolleci tələbələrinin muxtar respublika ifaçılıq, rəsm və inşa yazı müsabiqəsi gənc nəslin bədii-estetik dünyagörüşünün formalaşmasını, onlarda vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub.

Nazir bildirib ki, ifaçılıq müsabiqəsində müxtəlif musiqi ixtisasları üzrə təhsil alan şagirdlər, həmçinin xalq çalğı və nəfəsli alətlər orkestrləri, skripkaçalanlar ansamblı da öz bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə iki turdan ibarət olub. İlk turda 427 fərdi ifaçı və 40 kollektiv iştirak edib. Müsabiqədə iştirakçıların ifaları 10 ballıq sistem üzrə qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən II turda 283 fərdi ifaçı iştirak edib. Müsabiqədə bir sıra ixtisaslar üzrə 2 yaş qrupu müəyyən olunub, ayrı-ayrı nominasiyalar üzrə mükafatlar təsis edilib. Nəticə etibarilə 37 nəfər birinci, 52 nəfər ikinci, 53 nəfər isə üçüncü dərəcəli diplomlara, digər iştirakçılar da diplom və fəxri fərmanlara layiq görülüblər.

Sonra müsabiqənin qaliblərinin mükafatlandırılması mərhələsi başlayıb.

Müsabiqədə Ordubad Şəhər Uşaq Musiqi Məktəbi I, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi II, Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbi isə III dərəcəli diploma layiq görülüb, eyni zamanda “İlin məktəbləri” adını qazanıblar.

Naxçıvan Musiqi Kolleci isə müsabiqədə fəal iştirakına görə fəxri fərmanla təltif edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR