SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Möhtəşəm qələbə paradı və Əliyevlə Ərdoğanın dünyaya mesajı – Düşmən panikada

17-09-2018, 13:15 | Oxunub: 6 009 |

Möhtəşəm qələbə paradı və Əliyevlə Ərdoğanın dünyaya mesajı – Düşmən panikada

Sentyabrın 15-də “Azadlıq” meydanında keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında Azərbaycan və Türkiyə prezidentləri mühüm bəyanatlarla çıxış etdilər.

Emtv.az xəbər verir ki, İlham Əliyev bildirdi ki, məhz Qafqaz İslam Ordusunun, Nuru Paşanın gəlməsi ilə Bakının di ki azad edilməsi mükün olub. Bunu böyük hadisə adlandıran prezident onu da vurğulayıb ki, Azərbaycan bunu heç vaxt unutmayacaq. AXC-nin iki ildən sonra süqut etdiyini qeyd edən İ.Əliyev Azərbaycanın 1991-də öz müstəqilliyini bərpa etməsindən danışıb. Həmin vaxt Azərbaycanın müstəqilliyini il tanıyan ölkənin Türkiyə olduğunu, bunun qardaşlıq nümunəsi olduğunu vurğulayan İ.Əliyev Azərbaycanla Türkiyə arasındakı münasibətlərinin tayı-bərabərinin olmadığını qeyd edib.

“Dünyada ikinci belə bir nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, dayaq olsun”, – deyən İ.Əliyev Azərbaycan-Türkiyə əlaqələrindən, birgə həyata keçirilən tarixi enerji layihələrindən danışıb. “Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq”, deyən prezident Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin yeni nəqliyyat damarı olduğunu vurğulayıb. “Bu layihələri yalnız biz birlidə edə bilərdik və etdik. Yalnız birgə səylərimizlə buna nail ola bilmişik. İki ölkə bu layihələrin faydasını görür”, – deyən İlham Əliyev ordu quruculuğu işlərindən də bəhs edib. “Bizim güclü orduya ehtiyacımız var. Çünki torpaqlarımız işgal altındadır”, deyən prezident vurğulayıb ki, Azərbaycanın müstəqilliyini elan etdiyi ilk illərdə qonşular ölkədəki qeyri-sabit şəraitdən istifadə edərək, torpaqların bir hissəsini işgal edib, soyqrımlar təşkil ediblər. İlham Əliyev buna görə, güclü ordunun ərazi bütövlüyünün bərpası üçün əsas şərt olduğunu bildirib. “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”, -İ.Əliyev çıxışını bu sözlərlə bitirib.

Türkiyə prezidenti R.T.Ərdoğan da çıxışının əsas hissəsini iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olması üzərində qurub. “Azərbaycanda bizim 1132 şəhidimiz var. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin uyudugu ölkədir”, deyən Türkiyə prezidenti vurğulayıb ki, Azərbaycanla Türkiyə keçmişi bir, mədəniyyəti bir, dini bir, dili bir iki qardaş ölkədir», – deyə Ərdoğan bildirib. Azərbaycan hər cür dəstək verdiklərini, verməyə davam edəcəklərini vurğulayan Türkiyə prezidenti ölkəsinin Bakının ən yaxın tərəfdaşı olduğunu, olmaga davam edəcəyini də qeyd edib. O, birgə enerji və digər strateji layihələrdən də bəhs edib. “Azərbaycanın sevinci sevincimiz, qürüru qürurumuz, dərdi dərdimiz, sıxıntısı sıxıntımızdır. Azərbaycan sevinərsə, sevinər, aglarsa aglarıq”, – deyən Ərdogan Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb.

“Dağlıq Qarabağ sorunu eyni dərəcədə bizim üçün də sıxıntı qaynagıdır. Türkiyə olaraq çözüm üçün Azərbaycanın ortaya qoydugu bütyün səyləri dəskləyəcəyik. 1 milyondan artıq qaçqın qardaşımızın dərdlərinin bitməsini istəyirik”, – deyən Ərdoğan Türkiyə-Emənistan sərhədlrəinin açılması ilə perspektivləri ilə bağlı da mesaj verib. O, deyib ki, Qarabağ problemi çözülməzsə, onlardan sərhədlərin açılmasının istənilməsi faydasızdır. Bütün qonşularla yaxşı əlaqələr istəyidiklərini ifadə edən Türkiyə prezidenti çıxışının sonunda Dağlıq Qarabağ münaqişəsinin çözülməsinin Ermənistanla münasibətlərin yaxşılaşmasının “olmazsa-olmaz” şərti olduğunu vurğulayıb.

Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən parad daha sonra hərbi texnikaların nümayişi ilə davam etdirilib. Beləliklə, Ərdoğanın məhz Bakıya səfərə gəlməsi ciddi geosiyasi məna daşıyır. Məsələ ondadır ki, Türkiyə bölgədə güc sahibinə çevrilir. İqtisadiyyatı, siyasəti, regional proseslərə münasibəti, strateji hədəfləri və başqa məsələlər baxımından fərqli mövqe tutmaqdadır. Konkret olaraq, Ankara dünya səviyyəsində sözükeçən güclü dövlətə çevrilir. Özlüyündə bu dəyişiklik ölkənin region dövlətləri ilə münasibətlərinin məzmununa da təsir edir. Siyasi araşdırmaşılara görə, Türkiyə prezidentinin Azərbaycana səfəri bu ölkənin xarici siyasətinin prioritetini ortaya qoyur. Belə görünür ki, Ankara, birincisi, regionda baş verən geosiyasi proseslərə böyük önəm verir, bunu milli təhlükəsizliyin əsas şərtlərindən biri hesab edir, digər tərəfdən, Azərbaycanı regional kontekstdə özünə ən yaxın tərəfdaş kimi qəbul edir.

Ərdoğanın Bakıdakı çıxışında Ankaranın Cənubi Qafqazdakı “qırmızı xətləri”ndən biri aydın ifadə edilib. Türkiyə rəhbərliyi regionda əməkdaşlıq və sülh məsələsinə Azərbaycanın haqqının təmin edilməsi müstəvisində yanaşır, başqa mövqeni də qəbul etmir. Nəhayət, iki qardaş ölkə qlobal geosiyasətdə mövqelərini möhkəmləndirmək istiqamətində uğurlu addımlar atırlar. Bakının azad edilməsinin 100 illiyinin bu formatda qeyd edilməsi dünyaya verilən bir mesaj kimi də dəyərləndirilə bilər. 1918-20-ci illərdə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi. Orada Azərbaycan diviziyaları da var idi. Onlar birlikdə daşnak-bolşeviklərə qarşı vuruşub Bakını azad etdilər. Türkiyə prezidenti parada qatılması ilə göstərdi ki, Ankara və Bakı yenə də birlikdədi və bir yerdə vuruşmağa hazırdı. Onu da qeyd edək ki, Bakıda keçirilən parad İrəvanda panikaya səbəb olub.

Ermənilər Azərbaycanın və Türkiyənin Qarabağ uğrunda savaşa hazırlaşdığını iddia edirlər. Bəzi erməni araşdırmaçılar bəyan edirlər ki, Türkiyə Azərbaycana yardım edərsə, Rusiya Dağlıq Qarabağ ərazisinin hava məkanından istifadə edərək, savaşa cəlb oluna bilər. Lakin Paşinyanın hakimiyyətə gəlişindən sonra İrəvanın Moskva ilə münasibətlərində gərginlik yaşanır. Moskvaya Bakı ilə əməkdaşlıq vacibdir. Unutmayaq ki, Xəzər dənizinin üzərindən Rusiya hərbi kontingentini hava yolu ilə Suriyaya çatdırmaq mümkündür və ən azı bu amil Azərbaycanı Kreml üçün cəlbedici edir. Qarabağın işğal edilmiş 5 rayonunun azad edilməsi istiqamətdə müzakirələri bütün dünya izləyir. Eyni zamanda Ankara fəal müşahidəçi qismindədir. Çünki lokal toqquşmaların genişmiqyaslı toqquşmlara keçəcəyi halda Türkiyə olaylara seyrçi qala bilməyəcək. Necə ki, Rusiya strateji müttəfiqi Ermənistanın müdafiəsinə qalxırdı, bu dəfə də Türkiyə Azərbaycanın hərbi imkanlarını gücləndirmək üçün lazımı addımları ata bilər.

Ankara Rusiyanın Suriyanın daxili işlərinə qarışmasının, Əsədə hərbi dəstək verməsinin əleyhinədir. Bu məsələdə Bakıdan da mövqe istənilir. Əlbəttə, rəsmi Bakının Moskvanın istəyinə ”yox” deməsi çətindir. Ankara da Bakı ilə Moskva arasındakı hərbi əməkdaşlığın konturlarını özü üçün müəyyənləşdirmək istəyir. Eyni zamanda, ABŞ Ermənistan – İran sərhədlərini nəzarətə götürmək istəyir. Vaşinqton Ermənistan – Türkiyə sərhədlərinin açılmasını da arzulayır. Bu məsələlər fonunda Qarabağın azad edilməyəcəyi təqdirdə, Türkiyə və Ermənistan sərhədlərinin açılmayacağını Ərdoğan Bakıda bəyan etdi. Əslində, İrəvana konkret mesaj verildi – Qarabağı azad edin, sərhədləri açaq, iqtisadi böhrandan qurtulun. İndi nəzərlər Soçiyə – Putin – Ərdoğan görüşünə dikilib.

Suriya böhranından əlavə, Qarabağın azad edilməsi, bunun müqabilində İran məsələsində mövqelərin uzlaşması, Azərbaycanın İranla sərhəd məsələsinin təhlükəsizlik məsələsinin müzakirəsi gözlənilir. Bölgədə müşahidə edilən geosiyasi gərginlik yeni mərhələyə qədəm basır. Belə həssas məqamda Ankara və Bakının birgə addımlar atması bəzi qonşu dövlətlərin qıcığına səbəb olur. Azərbaycan isə strateji müttəfiqini müəyyən edib və bütün addımlarını Türkiyənin maraqları ilə uzlaşdırır…

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR