18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Soçidə kritik Ərdoğan-Putin görüşü – İdlibin taleyi bu gün bəlli olacaq
Bu gün Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında bu ay ikinci görüş keçiriləcək.
Emtv.az xəbər verir ki, görüşdə hər iki ölkə lideri Suriyanın İdlib bölgəsindəki böhranın həlli yollarını bir daha müzakirə edəcəklər.
Soçi görüşü kritik şərtlər altında keçdiyindən, görüşün əvvəlcədən elə də asan keçməyəcəyini proqnozlaşdırmaq olar. Ruisya, İran və Əsəd qoşunları İdlibdə Əsəd rejiminə müxalif olan qüvvələrə qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirmək istəsə də, Ankara bunun qəti əleyhinə çıxış edərək, növbəti “qan gölü”nün yaranacağını bəyan edir.
Ankara indiydək Suriyanın digər bölgələridnə baş verən humanitar fəlakətin İdlibdə yaşanmasını istəmir. Ona görə də nə qədər çətin olsa da, problemi danışıqlar yolu ilə həllini tələb edir. Ankara bu məsələni sentyabrın 7-də Tehranda Türkiyə-Rusiya-İran prezidentlərinin sammitində gündəmə gətirərək, münaqişənin danışıqlar yolu ilə tələb etsə də, liderlərin görüşünü yekun sənədində bu məsələ tam olaraq öz həllini tapmadı. Tərəflər arasında ciddi gərginlik yaransa da, problemin həlli istiqamətində danışıqların sammitdən sonra davam etdirlməsi qərara alındı. Və İdlib böhranının həlli istiqamətində danışıqların Ankara ilə Moskva arasında aparılamsı razılığa gəlindi.
Məhz Ankaranın səyləri nəticəsində hələlik İdlibdə humanitar fəlakətdən qaçmaq mümkün olur.
Baxmayaraq ki, Moskva və Tehran qısa zamanda İdlibdə hərbi əməliyyatlara başlayıb, problemi güc yolu ilə həllinə nail olmaq istəsə də, Ankaranın qətiyyətli mövqeyi nəticəsində hərbi əməliyyatların reallaşması gecikir. Çünki Ankara qətiyyətlə bəyan edib ki, İdlib məsələsi Türkiyə üçün həyati əhəmiyyət kəsb etdiyindən bir addım da olsun, geri çəkilmək niyyəti yoxdur və burada növbəti humanitar fəlakətə yola açıqlamsına razı deyil.
Hazırda Ankara hətta hərbi əməliyyatların reallaşacağı təqdirdə, dinc əhalinin maksimum təhlükəsizliyinin təmin olunmasına ciddi cəhdlə səy göstərir. Hətta müxalif qüvvlər arasında da məsələyə fərqli yanaşmanı təklif edir. Ankaranın bu mövqeyindən sonra Moskvanın mövqeyində müəyyən qədər yumşalma hiss olunmaqdadır və İdliblə bağlı bir sıra planlar hazırlayıb.
Bu planlar sırasına humanitar dəhlizin yaradılmasından tutmuş, əməliyyatların hansı formada həyata keçirilmə detaları müzakirə olunacaq. Ərdoğan Putin görüşündə masada İdliblə bağlı bir neçə variantın müzakirə olunacağı gözlənilir. Soçi görüşü də belə bir mürəkkəb şəraitdə reallaşacaq.
İsmayil İsmayilov
Emtv.az