18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bağdaddan Türkiyəni qəzəbləndirəcək addım
Türkiyənin İraq sərhədində pozuntulara yol verdiyini bəhanə edən Bağdad rəhbərliyi sərhədə qoşun yeritməyə qərar verib.
Emtv.az xəbər verir ki, baş nazir Heydər əl-İbadi bu addımı ilə Türkiyə ilə İraq arasındakı münasibətlərin gərginləşməsinə yol açmış olacaq.
Bölgəyə göndərilən yüksəkrütbəli iraqlı hərbiçilər əsgərlərin harada yerləşməsi barədə qərar verəcək.
İbadi bununla da terror təşkilatı olan PKK-nı sevindirmiş olub. Çünki İraqla Türkiyə arasında sərhəd pozuntuları qeydə alınacağı təqdirdə, Bağdad sərhəd pozuntuları ilə bağlı BMT-yə müraciət edəcək.
Qeyd edək ki, Ankara Türkiyə sərhədi daxilində terror aktları keçirən PKK terror təşkilatına qarşı anti-terror əməliyyatı keçirib. Çünki PKK terror təşkilatının düşərgələri əsasən İraqın şımalında Türkiyə ilə sərhəddə yerləşir. Terrorçular bu düşərgəklərdə təlim keçərək, Türkiyə ərazisində terror aktları törətmək barədə təlimatlar alırlar.
Türkiyə də terror təşkilatının yerləşdiyi məkanları təsbit edərək, orada anti-terror əməliyyatları keçirir.
İsmayil İsmayilov
Emtv.az