18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Biz regionu PKK-dan təmizləyəcəyik – Türkiyə
Türkiyə İraqın şimalındakı Qəndil şəghərində PKK-ya qarşı mümkün hərbi əməliyyatlarla bağlı İranla danışıqlar aparır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz Qəndildə əməliyyatlara dair İranla əlaqə saxlayırıq. “Kürdüstan İşçi Partiyası” (PKK) və “Kürdüstanın Azad Həyat Partiyası” (PKK-nın İrandakı qolu) onlar üçün də təhdiddir. Bu səbəbdən İranla əməkdaşlığı gücləndiririk. Biz regionun PKK-dan təmizlənməsinə səy göstəririk”, – deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, İraqın şimalındakı əməliyyatların başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaq, onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını almaqdır. İraqın şimalında anti-terror əməliyyatları aparan Türkiyə Silahlı Qüvvələri artıq İraqın içərisinə doğru 27 kilometrədək irəliləyə bilib. Hərbi əmləiyyatların yekun hədəfi isə İraqın şimalındakı Qəndil şəhərini təmizləməkdir. Çünki PKK teror təşkilatının əsas yuvası Qəndil şəhərinin dağlıq ərazisində yerləşir və terrorçuların bütün koordinasiyaisı buradakı mərkəzdən idarə olunur.
Ankara PKK terrorçularına qarşı hərbi əməliyyatlarda əməkdaşlığa dair ABŞ və İraq hakimiyyəti, o cümlədən İraqın şimalındakı kürd muxtariyyətinin rəhbərliyi ilə də müzakirələr aparır. Lakin İraqın baş naziri Heydər əl-İbadi bildirib ki, PKK ilə mübarizədə İraqın suverenliyinin pozulmasını qəbul etməyəcəklər.
Emtv.az