18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Trampdan Finlandiya prezidentinə Putin məsləhəti – “Ondan ehtiyatlı ol”
Finlandiya Prezideni Sauli Niinistö Rusiya tərəfindən heç bir təhdit gözləməməsinin səbəblərini açıqlayıb.
Emtv.az xəbər verir ki, Alman qəzeti “Frankfurter Allgemeine”yə müsahibə verən Finlandiya prezidenti Rusiyanın onlara hücum etməsi üçün heç bir əsaslarının olmadığını qeyd edib.
“Şübhə edirəm ki, Rusiya Pribaltika ölkələrinə hücum edə bilər. Özəlliklə də Finlandiyaya” – deyə açıqlama verən Sauli Niinistö Finlandiyanın Şimali Atlantika alyansına qoşulmaq fikrinin olmadığını vurğulayıb.
Həmçinin dövlət başçısı əlavə edib ki, rəsmi Moskva Helsinkinin siyasi mövqeyini dəstəkləyir. “Bəzi fikir ayrılıqları isə, münasibətlərimizə zərər vermir” – deyə Finlandiya prezidenti bildirib.
“Rusiya bizim mövqeyimizi bilir. Onlar bilirlər ki, biz çox inadkar ola bilərik. Ancaq bu halda belə Rusiya Federasiyası ilə münasibətləri qorumaq bizim üçün çətin deyil”
Öz açıqlamasında Niinistö Ağ Ev rəhbəri Donald Trampla görüşü zamanı ona verdiyi məsləhəti xatırladıb.
“Putinlə görüş zamanı çox ehtiyatlı olmaq lazımdır. O, həmişə hazırlıqlı gəlir. Olduqca yaxşı hazırlaşır”
Xatırladaq ki, Rusiya prezidenti ilə Finladniyanın dövlət başçısı arasında görüş avqustun 22-də Soçidə baş tutub.
İsmayil İsmayilov
Emtv.az