18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ və Şimali Koreya tarixi görüşə hazırlaşır
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında keçirilməsi gözlənən zirvə görüşü üçün ABŞ və Şimali Koreya heyətləri 5-ci dəfə bir araya gəliblər.
18 illik fasilədən sonra ilk dəfə Şimali Koreyanın yüksək səviyyəli rəsmisi ABŞ prezidenti ilə görüşüb. Prezident Donald Tramp Kim Çen Inın sağ əli kimi tanınan Kim Yonqa xüsusi diqqət göstərib. Bu görüşdən sonra Tramp Şimali Koreya lideri ilə görüşəcəyini açıqlayıb. Əvvəldən planlaşdırıldığı kimi, onlar iyunun 12-də Sinqapurda görüşəcək. Tarixi görüş üçün güclü hazırlıq prosesi gedir, bu səbəbdən də ABŞ-Şimali Koreya rəsmiləri arasında görüşlərin sayı da artıb.
Qeyd edək ki, tarixi görüşdə tərəflərin Şimali Koreyanın nüvə silahlarından necə tamamilə təmizlənə biləcəyi və 1950-53-cü illərdə baş verən Koreya müharibəsinin rəsmən sona çatmasının elan edilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyi təxmin edilir.
Rusiyanın “Ria Novosti” agentliyinin məlumatında isə bildirilir ki, iyunun 12-də ABŞ prezidenti Donald Trampla görüşəcək Şimali Koreya lideri Kim Çen In sentyabr ayında Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Rusiya və Şimali Koreya liderlərini bir araya gətirəcək tarixi görüşün təfərrüatları dəqiqləşdirilməyə başlanılıb. Məlumata görə, Putin və Kim iki ölkənin sərhədindəki Vladivastokda görüşə bilər, ancaq digər yerlərin də dəyərləndirildiyi bildirilir. İki ölkənin yüksək səviyyəli rəsmiləri zirvə görüşünün detallarını müzakirə etməyə davam edir.
Qeyd edək ki, ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib. Görüşdə həm iki ölkə arasındakı əlaqələr, həm də Koreya yarımadası ətrafındakı son vəziyyət müzakirə edilib. Şimali Koreya lideri ilə Rusiya arasındakı ilk rəsmi toplantı olan görüşdə Lavrov Kim Çeni Rusiyaya səfərə dəvət edib. Bundan əlavə, Sergey Lavrov dövlət başçısı Vladimir Putinin məktubunu da Kim Çenə verib. Ancaq məktubun məzmunu ilə bağlı heç bir tərəfdən rəsmi açıqlama verilməyib.
“RİA Novosti” agentliyinin məlumatına görə, məktubda Rusiya prezidentinin, Koreya yarımadasındakı problemlərlə bağlı son günlərdə hərəkətə keçilməsi və diplomatik uğurlar üçün xoş arzular diləyib.
Xatırladaq ki, uzun müddət gərginlikdən sonra bu il aprelin 27-də Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüş keçirilib. Görüş iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki “Sülh” sarayında keçirilib. Bu, 1950-1953-cü illər Koreya müharibəsindən sonra Şimali Koreya liderinin cənub ərazisinə ilk səfəri olub. Danışıqlar zamanı tərəflər Şimal və Cənubun əlaqələrinin yaxşılaşdırılmasını, sülhü və birləşmənin perspektivlərini müzakirə ediblər.
Emtv.az