SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Rusiyanın iki kəşfiyyatçısı tutuldu – Fotolar

15-09-2018, 08:23 | Oxunub: 10 803 |

Rusiyanın iki kəşfiyyatçısı tutuldu – Fotolar

Hollandiya polisinin 2018-ci ilin əvvəlində Rusiyanın iki vətəndaşını həbs etdyi bəlli olub. Onlar İsveçrənin Şpits şəhərindəki “Labor Spiez” kimyəvi laboratoriyasından analizin nəticələrini oğurlamağa çalışıblar.

Emtv.az xarici KİV-ə istinadən European-a istinadən bildirir ki, nəticələr iki tədqiqatla bağlı idi. Tədqiqatlardan biri Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın İngiltərənin Solsberi şəhərində “Noviçok” vasitəsilə zəhərlənməsi, digəri isə Suriyada kimyəvi-zəhərləyici maddədən istifadə olunduğu hücumla bağlıdır.

Hər iki hadisədə Rusiya şübhəli bilinir.

Hollandiyanın “NRC Handelsblad” və İsveçrənin “Tages-Anzeiger” qəzetlərinin verdikləri məlumata görə, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin zabitləri olduğu şübhə doğurmayan iki nəfərin həbsi Hollandiya, İsveçrə və Britaniyanın xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində mümkün olub.

Bir qədər əvvəl Şpisdəki laboratoriya hakerlərin hücumuna məruz qalmışdı.

Ələ keçmiş iki rusiyalıda isə laboratoriyanın kompüter şəbəkəsinə müdaxilə etmək üçün avadanlıq olub.

Həbs olunmuş rusiyalılar məhkəmə qarşısında durmayıblar və Hollandiyanı tərk ediblər.

Hollandiyanın Hərbi Kəhfiyyat və Təhlükəsizlik Xidməti olayla bağlı heç bir şərh verməyib.

İsveçrənin Federal Kəşfiyyat Xidməti (NDB) isə iki rusiyalının tutulması əməliyyatında iştirakını təsdiqləyib.

Şpis şəhərindəki “Labor Spiez” Radioloji və Kimyəvi-Bakterioloji Analiz Mərkəzi Kimyəvir Silahların Yasaqlanması Təşkilatının (The Organisation for the Prohibition of Chemical Weapons, OPCW) səlahiyyətli laboratoriyasıdır.

İsmayil İsmayilov
Emtv.az

Rusiyanın iki kəşfiyyatçısı tutuldu – Fotolar
Rusiyanın iki kəşfiyyatçısı tutuldu – Fotolar
Rusiyanın iki kəşfiyyatçısı tutuldu – Fotolar
Rusiyanın iki kəşfiyyatçısı tutuldu – Fotolar
Rusiyanın iki kəşfiyyatçısı tutuldu – Fotolar
Rusiyanın iki kəşfiyyatçısı tutuldu – Fotolar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR