SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda sahibkarlara yeni kənd təsərrüfatı texnikaları verilib

13-09-2018, 08:49 | Oxunub: 11 644 |

Naxçıvanda sahibkarlara yeni kənd təsərrüfatı texnikaları verilib

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yeni kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar verilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə bu günədək, ümumilikdə, 2367 kənd təsərrüfatı texnikası alındığını bildirib. Bunun 313-ü cari ilin ötən dövrünün payına düşür. Alınan müxtəlif adda kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların 1829-u lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb.

Sonra lizinq yolu ilə satılan yeni texnikaların sənədləri sahibkarlara təqdim olunub. Həmin gün 11 mülkiyyətçiyə 5 traktor, 5 kotan, 2 taxılsəpən, 1 rotorlu otbiçən və 1 presvuran olmaqla, 14 ədəd texnika və texnoloji avadanlıq verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq bu texnika və texnoloji avadanlıqların lizinq, nağd və köçürmə yolu ilə sahibkarlara satılması həyata keçirilir. Görülən bu tədbirlər muxtar respublikada aqrar sahənin, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Hazırda kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Texnikanın dəyərinin 40 faizi 9 il müddətinə ödənilir. Bu da aqrar sahənin, xüsusilə ailə təsərrüfatlarının inkişafına mühüm töhfədir.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR