17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Babəkdə 23 kənd kompleks şəkildə abadlaşdırılıb
Babək rayonunda 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Emtv.az xəbər verir ki, müşavirədə çıxış edən Babək rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, rayon mərkəzi olan Babək qəsəbəsi və 23 kəndi kompleks şəkildə abadlaşdırılıb. Hazırda rayonun Payız və Gərməçataq kəndlərində kompleks quruculuq işləri aparılır, Şıxmahmud-Xəlilli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən yolun tikintisi davam etdirilir, Nehrəm kəndində İmamzadə türbəsində yenidənqurma işləri, Yarımca, Nəzərabad və Yuxarı Uzunoba kəndlərində isə müasir üslubda mərasim evlərinin tikintisi davam etdirilir.
Rasim Hüseynov qeyd edib ki, Babək rayonu aqrar rayonu olduğundan burada kənd təsərrüfatının inkişafına xüsusi fikir verilir. Belə ki, rayonda 2017-ci ilin məhsulu üçün 10 min 420 hektar sahədə taxıl əkini aparılıb və taxıl biçini başa çatdırılıb. Bu dövr ərzində Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli şərtlərlə dövlət tərəfindən sahibkarlara 22 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb.
Rayonda fəaliyyət göstərən 28 sahə baytarlıq məntəqəsi tərəfindən şəxsi təsərrüfatlarda olan mal-qarada, quşlarda və arı ailələrində müxtəlif xəstəliklərə qarşı profilaktiki və müalicəvi tədbirlər aparılıb.
Rabitə, tikinti-quraşdırma, vergi, maliyyə, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə görülmüş işlər barədə məlumat verən Rasim Hüseynov yol verilən nöqsanlardan danışıb və onların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.
İcra hakimiyyətinin başçısı bildirib ki, fəaliyyətimizi bundan sonra beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələrin icrası istiqamətində quracağıq.
Sonra məruzə ətrafında Babək rayon Maliyyə Şöbəsinin müdiri Kamal Cabbarov, Statistika İdarəsinin rəisi Rəşad Fərəcov, Dövlət Sosial Müdafiə Fondunun Babək rayon Şöbəsinin müdiri İsmayıl Həsənov çıxış edərək görülən işlər barədə məlumat veriblər.
Emtv.az