18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əlahiddə Ümumqoşun Orduda komandirlərin peşəkarlığı artırılır
Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə zabitlərin komandir hazırlığı sistemi çərçivəsində növbəti məşğələlər təşkil edilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda zabitlərin atəş və sürücülük bacarıqları yoxlanılıb. Toplantının sonunda zabitlərdən fiziki və taktiki hazırlıq, topoqrafiya və rəhbər sənədlərin tələblərini bilmələri üzrə məqbullar götürülərək bilik, bacarıq və peşəkarlıqları qiymətləndirilib.
Bundan başqa, Əlahiddə Ümumqoşun Orduda müxtəlif ixtisaslar üzrə taqım komandirləri ilə keçirilən növbəti təlim-metodiki toplantı başa çatıb. Taqım tərkibində məşğələlərin vahid metod üzrə keçirilməsinə nail olmaq məqsədi ilə hər bir ixtisasdan nümayiş, metodiki və taktiki-sıra məşğələləri keçirilib.
Sonda taqım komandirlərindən məqbullar götürülərək toplantıya yekun vurulub.
İsmayil İsmayilov
Emtv.az