18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DİN yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yaranmış problemə münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda kişilərə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yaranmış problemə münasibət bildirib.
Emtv.az yerli mətbuatın sorğusuna istinadən bildirir ki, Bununla bağlı Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə cavablandırıb.
O xatırladıb ki, sentyabrın 1-dən ölkə vətəndaşlarına kütləvi şəkildə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb və bunun üçün 7 dövlət xidmətinin elektron məlumat bazası bir-birinə inteqrasiya olunub.
"Bütün yeni layihələrin reallaşdırılması zamanı hansısa texniki xətalar yarana bilər. Bu baxımdan, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi də istisna deyil. Yəni sistemlərin inteqrasiyası zamanı texniki nasazlığın olması qaçılmazdır və müşahidə olunan kiçik çatışmazlıqlar dərhal aradan qaldırılır, yaranmış xırda texniki məsələlər dərhal aidiyyəti orqanların məsul əməkdaşları tərəfindən həll olunur. Yəni vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsindən imtina edilməsindən söhbət belə gedə bilməz", - DİN rəsmisi qeyd edib.
Seymur Rəhimov
Emtv.az