SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

DİN-də yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı müşavirə keçirildi

29-08-2018, 13:38 | Oxunub: 8 065 |

DİN-də yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı müşavirə keçirildi

Daxili İşlər Nazirliyində “Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Prezidentin 23 oktyabr 2013-cü il tarixli Fərmanından və “Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında” qanundan irəli gələn vəzifələrin icra vəziyyətinə həsr olunmuş birgə müşavirə keçirilib.

DİN-dən verilən məlumatab görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.

Daxili işlər naziri qeyd olunan normativ-hüquqi aktların icrası ilə əlaqədar cari il sentyabr ayının 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb.

Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş “İdrak Texnoji Transfer” şirkətinin bütün ölkə ərazisində göstərilən tarixdən yeni sənədin verilməsi istiqamətində hazırlıq, texniki işləri uğurla başa çatdırdığını bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayev həmkarının fikirlərini bölüşərək yeni nəsil şəxsiyyət vəsiqələrin tətbiqinə hazırlıq mərhələsində prosesə cəlb olunmuş bütün iştirakçıların birgə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. O, qeyd olunan məsələlərin hər iki dövlət orqanının rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə edildiyini, qarşıya çıxan bütün problemlərin uğurla həllini tapdığını xatırladıb, bu işdə əməyi keçən bütün struktur qurumlara və şəxslərə təşəkkürünü bildirib.

Sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elçin Məmmədov, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Tural İsgəndərov və “İdrak Texnoji Transfer” şirkətinin məsul əməkdaşı Cavanşir Hüseynov yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi istiqamətində görülən hazırlıq işləri barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd olunub ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bundan əlavə, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə zəruri avadanlıqlar ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında və “ASAN xidmət” mərkəzlərində quraşdırılıb, texniki parametrlərinin və iş göstəricilərinin yoxlanılması məqsədilə onlara sınaq baxışları keçirilib, yeni texnika ilə işləyəcək əməkdaşlar üçün müvafiq treninqlər keçirilib.

Hər iki nazir görülən işlərin Azərbaycan Prezidentinin daim diqqət və nəzarətində olduğunu, həyata keçirilən tədbirlər barədə mütəmadi olaraq dövlət başçısına məruzə edildiyini vurğulayıblar, rəhbərlik etdikləri nazirliklərin aidiyyəti qurumlarının cari ilin sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə tam hazır olduğunu diqqətə çatdırıblar.

Aysu Əliyeva,,
Emtv.az.

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR