18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ-da skandal - Ağ ev prezidentə qarşı “New York Times”da dərc edilən bu yazının müəllifini axtarır
ABŞ-da ictimai rəy dünən Ağ evin yüksək vəzifəli bir şəxin “New York Times” qəzetində imzasız yazdığı bir məqalə ilə sarsılıb.
Emtv.az xəbər verir ki, “Ağ evdəki müqavimətin bir parçasıyam” adlı yazıdan sonra Tramp adminstirasiyası müəllifin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçib.
Yazıda Tramp hakimiyyətinin üzvlərinin gizli danışıqlarının mətni yayılıb.
Məqalədə Tramp etibarsız prezident olaraq təqdim olunur, hakimiyyət təmsilçilərinin idarəçiliyi düzgün aparmaq üçün mücadilə etdikləri qeyd olunur.
“New York Times”dakı imzasız yazı ilə əlaqəsi olmadığını açıqlayan iqtidar nümayəndələrinin siyahısı:
Müdafiə naziri Ceyms Mattis
Dövlət Departamentinin rəhbəri Mayk Pompeo
Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Dan Coats
Maliyyə naziri Steven Mnuchin
Beynəlxalq təhlükəsizlik naziri Kirstjen Nielsen
Ədliyyə naziri Jeff Sessions
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley
Əmək naziri Alex Acosta
Enerji naziri Rick Perry və s.
Məqalədə qeyd olunan fikirlər bunlardır:
“Bizimki solda populyar olan bir dirənişhərəkatı deyil. Biz bu idarəçiliyin uğurlu olmasını istəyirik və hal-hazırda siyasətin ABŞ-ı daha etibarlı bir ölkə etdiyinə inanırıq. ABŞ prezidenti dövlətimizə zərər verəcək şəkildə davranmağa davam edir. Bu səbəbdən Tramp tərəfindən təyin edilən bir çox vəzifəli şəxslər kimi demokratik qurumlarımızı qorumaq üçün əlimizdən gələni etməyə və vəzifəsini tərk edənə qədər Trampa müxalifət olmağa and içdik”.
Məqalədə daha sonra qeyd edilir ki, problemin kökündə ABŞ prezidentinin əxlaqlı olmadığı gizlənir.
Məqalənin yayımlanmasından qısa zaman sonra Donald Tramp “Tvitter”də bircə kəlmə ilə cavab verib: “Xəyanət”.
Bundan sonra ABŞ prezidenti açıqlamasında hər zamankı kimi “New York Times’”ı “saxtakar”, baş verənləri isə “rəzalət” adlandırıb.
Seymur Rəhimov
Emtv.az