SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İraqın Bəsrə şəhərində xalq üsyanı: Etirazçılar hökumət binalarını, İran konsulluğunu, “Haşdi Şəbi”nin ofislərini yandırdılar - Video, Fotolar

7-09-2018, 10:59 | Oxunub: 12 154 |

İraqın Bəsrə şəhərində xalq üsyanı: Etirazçılar hökumət binalarını, İran konsulluğunu, “Haşdi Şəbi”nin ofislərini yandırdılar - Video, Fotolar

İraqın Bəsrə şəhərində hökumətə qarşı başladılan etiraz aksiyaları davam edir.

Emtv.az xəbər verir ki, Bəsrədə etirazçılar ilə polis arasında çıxan toqquşma nəticəsində 17 adam həyatını itirərkən yüzlərlə insanın yaralandığı bildirilir.

İşçisizlik, 2 aydır elektrikin kəsintisi, suyun olmaması, bahalaşma, rüşvətxorluq və hökumətin siyasətinə qarşı başadılan etiraz aksiyası qanlı toqquşmalara çevrilib.

Etirazçılar Bəsrə icra hakimiyyəti ilə məhkəmə binasını yandırıblar.

Dünən isə etirazçılar İran dəstəkli “Haşdi Şəbi” qruplaşmasına daxil olan “Bədir Briqadası”, “Asaib Ehlul Haqq”, “Nüceba” qruplaşmalarının binalarını, rayon məclis sədrinin ofisini, İrakiye TV, Nexil TV və İran konsulluğunun binalarını yandırıblar.

Bundan başqa keçmiş baş nazir Nuri əl Malikinin sədri olduğu “Dəvət” partiyasının ofisi də atəşə verilib.

Hökumət 2 dəfə şəhərdə fövqəladə vəziyyət elan etsə də, etirazçılar yenidən küçələrə axışıblar.

Bu arada İraq Kürdüstanı Regional hökumətinin başçısı Məsud Bərzani etirazçılara dəstək məktubu göndərib.

Məktubda İraqın ən zəngin şəhərinin yoxsulluqla üzləşməsindən təssüfünü dilə gətirən Bərzani, bəsrəlilərin tələblərinin çox bəsit və imkansız olmadığını bildirib.

“Bəsrəlilərin tələblərini dəstəkləyərkən, şəhərə humanitar yardım göndərməyə hazırıq”- Bərzani məktubunda belə yazıb.

İraq Prezidenti Fuad Məsum da Bəsrədə baş verən olaylarla bağlı danışıb.

Məsum, xalqdan sakitlik içində hərəkət etmələri və dövlət əmlakına xətər yetirməməyi tələb edib.

“Bəsrədə su və elektrik kimi əsas infrastruktur xidmətləri məhdudiyyətlərinə qarşı təşkil olunan aksiyaları yaxından təqib edirik” – Məsum belə deyib.

Seymur Rəhimov
Emtv.az


İraqın Bəsrə şəhərində xalq üsyanı: Etirazçılar hökumət binalarını, İran konsulluğunu, “Haşdi Şəbi”nin ofislərini yandırdılar - Video, Fotolar
İraqın Bəsrə şəhərində xalq üsyanı: Etirazçılar hökumət binalarını, İran konsulluğunu, “Haşdi Şəbi”nin ofislərini yandırdılar - Video, Fotolar
İraqın Bəsrə şəhərində xalq üsyanı: Etirazçılar hökumət binalarını, İran konsulluğunu, “Haşdi Şəbi”nin ofislərini yandırdılar - Video, Fotolar
İraqın Bəsrə şəhərində xalq üsyanı: Etirazçılar hökumət binalarını, İran konsulluğunu, “Haşdi Şəbi”nin ofislərini yandırdılar - Video, Fotolar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR