SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İran dəstəkli “Haşdi Şəbi” İraqın başına bəla oldu - ... hərbi qruplaşma baş naziri devirəcəyinə söz verdi

31-08-2018, 15:03 | Oxunub: 9 205 |

İran dəstəkli “Haşdi Şəbi” İraqın başına bəla oldu - ... hərbi qruplaşma baş naziri devirəcəyinə söz verdi

İraq baş naziri Heydər əl İbadi İran dəstəkli hərbi qruplaşma olan “Həşdi Şəbi”nin lideri Falih əl Fəyyadı vəzifədən azad edib.

Emtv.az xəbər verir ki, İbadi Falih əl Fəyyadı siyasi məsələlərdə tərəf tutduğu üçün vəzifəsindən azad etdiyini açıqlayıb.

Baş nazirin yaydığı bəyanatda əl Fəyyadın təhlükəsizlik və kəşfiyyat qanunlara tabe olmadığı bildirilir.

Açıqlamada 62 yaşındakı əl Fəyyadın həmçinin milli təhlükəsizlik müşavirliyi vəzifəsinə də son verildiyi qeyd olunub.

“Həşdi Şəbi” iraqlı şiələrin dini lideri Əli Sistaninin müraciətindən sonra, 2014-cü ildə təşkil olunub. Adı çəkilən hərbi qruplaşma İranın dəstəyi ilə qurulub. Qruplaşmanın adı bir çox terror aktlarında da hallanır. Nüfuzlu Beynəlxalq Amnistiya təşkilatının hesabatlarında “Haşdi Şəbi”nin adı müharibə cinayətlərində keçir. Bütün bunlara baxmayayaraq İraq hökuməti “Haşdi Şəbi”nin ölkə siyasətinə nüfuz etməsinə imkan verdi. Həmçinin, “Haşdi Şəbi” qruplaşması ölkənin rəsmi ordusu səviyyəsinə gətirildi.

İraqda keçirilən son parlament seçkilər zamanı isə baş nazir İbadi ilə “Haşdi Şəbi” arasında narazılıqlar pik həddə çıxdı. Belə ki, İbadi parlament seçkisində baş nazirin seçki siyahısında olmasına baxmayaraq əl Fəyyadın “Haşdi Şəbi” komandirlərindən olan, “Fəth Koalisiyası”nın lideri Hadi əl Amiri ilə gizli görüşlər keçirdiyini öyrənmişdi.

Seçkilərdə 48 deputatla ikinci yeri tutan “Fəth Koalisiyası”nın lideri və “Haşdi Şəbi” komandirlərindən olan Amiri isə İbadini 2 ay ərzində devirəcəkləri ilə təhdid edir.

Qeyd edək ki, İraq baş naziri Heydər əl İbadi ABŞ-ın İrana qarşı sanksiyalarına dəstək verəcəklərini üstüörtülü şəkildə bəyan etmişdi. İranın İraq siyasətindəki ən təsirli qüvvəsi olan “Haşdi Şəbi” qruplaşması isə buna cavab verəcəklərini açıqlayıb.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR