18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“ƏSA” - inklüziv teatrı iki yaşını qeyd edir
Azərbaycanın ilk inklüziv teatrı olan “ƏSA” Teatrının yaranmasından iki il ötür.
Emtv.az-a xəbər verir ki, teatrın baş meneceri Nicat Qulam bildirib ki, “ƏSA” Teatrı 2016-cı il sentyabrın 3-də aktyor-rejissor Nihad Qulamzadə tərəfindən Bakıda yaradılmaqla, dünyada inklüziv incəsənət sahəsində bir ilkə imza atıb.
“Hazırda təkcə Azərbaycanda və region ölkələrində deyil, dünyanın heç bir ölkəsində peşəkar teatr tamaşaları hazırlayıb böyük səhnələrdə təqdim edən inklüziv teatr yoxdur. Yalnız bir neçə ölkədə özfəaliyyət səviyyəsində olan yaradıcılıq dərnəkləri var. Teatrımız yarandığı gündən bu günədək dünya və Azərbaycan ədəbiyyatının şedevr əsərlərini səhnələşdirib. Teatr gənc olmasına baxmayaraq, U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin əsərləri olmaqla beş tamaşa və bir perfomans təqdim edib. Həmçinin ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. Teatr bu günədək yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib. Hazırda “ƏSA” Teatrı fəaliyyəti dövrünün ən böyük tamaşasını hazırlayır və layihə barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək”,- deyə teatrın baş meneceri vurğulayıb.
Seymur Rəhimov,
Emtv.az