18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İran əyalətində qarşıdurma – 4 ölü, 3 yaralı
İranın Sistan-Bəlucistan əyalətində müxalif yerli sünni yaraqlılarla İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH arasında baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, ən azı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın quru qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə avqustun 31-i, sübh saatlarında Pakistanla həmsərhəd Səravan məntəqəsində baş verib.
Bir qrup silahlı şəxs Pakistan sərhədini keçib ölkə ərazisinə daxil olarkən SEPAH qüvvələri ilə qarşılaşıblar.T ərəflər arasında baş verən atışmada silahlı dəstə üzvlərindən 4-ü yerindəcə həlak olub, 3-ü bədən xəsarəti alıb.
Yayılan məlumatda ölən və bədən xəsarəti alan yaraqlı bəlucların adları, onların hansı müxalif təşkilata bağlı olduqları və atışmada SEPAH qüvvələrinin mümkün itkiləri açıqlanmayıb.
Seymur Rəhimov,
Emtv.az