17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Nüvə sazişinin pozulması Amerikanın özünə ziyan vuracaq” – Həsən Ruhani
İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxış edib.
Emtv.az xəbər verir ki, Prezident İranla “altılıq” ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının taleyi və İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı elan edilməsi ehtimalı barədə danışıb.
H. Ruhani nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının yerinə yetirilməsinə toxunaraq deyib ki, öhdəliklərə, verilmiş vədlərə əməl etmək dünyada bir dövlətə etibarın əsasını təşkil edir: “Biz İran İslam Respublikası olaraq diqqətliyik və öhdəliyimizi yerinə yetiririk. Sona kimi də verdiyimiz sözün üzərindəyik və bu, bizim üçün fəxrdir”.
H. Ruhani ABŞ-ı nəzərdə tutaraq bildirib ki, qarşı tərəf, düşmən, rəqib öz öhdəliyini pozarsa, bu, İran üçün məğlubiyyət deyil, əksinə, bunu qarşı tərəfin məğlubiyyəti kimi qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, ABŞ sazişi pozarsa, bunun ziyanını Amerika özü çəkəcək: “Bizim müxtəlif yollarımız var. Ölkə və sistemin xeyrinə olanı seçib, problemsiz yolumuza davam edəcəyik”.
İran prezidenti ABŞ-ın “Sepah”ı terrorçu təşkilatların siyahısına salması ehtimalına da münasibət bildirib. O qeyd edib ki, “Sepah” təkcə İran xalqının deyil, həm də bölgə xalqlarının sevimlisidir: “Çünki Bağdadı terrorçulardan xilas etdi. İraq kürdlərinin sevimlisidir, çünki Ərbili qorudu. Suriya xalqının sevimlisidir, çünki Dəməşqi qorudu. Livan xalqının sevimlisidir, çünki Livanın müstəqilliyinin tərəfdarıdır. “Sepah” terrorçular qarşısında həmişə bütün məzlumlara yardım edib”.
H. Ruhaninin sözlərinə görə, amerikalıların “Sepah”a qəzəblənməyə əsası var: “Çünki “Sepah” İraq, Suriya, Livan xalqlarına dəstək verib və həyata keçirdiyi işlərlə İŞİD-i zəlil edib. Daha sonra apa qeyd edir ki, amerikalılar istəyirdilər ki, İŞİD-i 20 il bölgədə saxlayıb, ondan oyuncaq kimi istifadə etsinlər”.
Emtv.az