18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ermənistanın polis rəisi Azərbaycanla sərhəddə
Ermənistanın milli təhlükəsizlik müşaviri Armen Qriqoryan və polis rəisi Valeriy Osipyan Tavuş vilayətinə baş çəkiblər.
Bu bölgənin Azərbaycanla sərhədində erməni polis qüvvələri növbə çəkir.
Emtv.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Qriqoryan “Facebook” hesabında məlumat yerləşdirib.
O bildirib ki, avqustun 28-də baş tutan səfər çərçivəsində Ermənistan baş nazirinin qərarı ilə bir neçə gün əvvəl Azərbaycanla sərhəddə keşik çəkməyə göndərilən daxili qoşunların hərbi qulluqçularının xidməti ilə tanış olublar.
Qriqoryan və Osipyan qoşunların yerləşdirildiyi ərazidə olub və hərbi keşiklə bağlı bəzi məsələləri müzakirə edib. Onlar əsgərlərin problemləri ilə tanış olublar.
Xatırladaq ki, avqustun 23-də Ermənistan daxili qoşunlarının ilk bölməsi Ermənistan Silahlı Qüvvələrinə birləşdirilib və Ermənistanın Azərbaycanla sərhədinə göndərilib.
Aynurə Kərimova,
Emtv.az