18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rus hərbçiləri ölkədən çıxarılır: Sərhədi polislər qoruyacaq
Ermənistanın polis birlikləri (keçmiş daxili qoşunlar) ölkə sərhədlərində döyüş növbəsi və sərhəd-nəzarət işinə cəlb olunacaqlar. Bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında deyib.
“Bilirsiniz ki, polis qoşunları silahlı qüvvələrin başqa bir növünə aiddir. Amma indi onların döyüş vəzifələrinin həyata keçirilməsi işinə cəlb edilməsi üçün ehtiyac yaranıb.” – deyə Tonoyan vurğulayıb. Onun sözlərinə görə, bu ehtiyac sadəcə müdafiə nazirliyinin döyüş növbətçiliyilə bağlı "yeni və maraqlı qərarlar" verməsindən irəli gəlir.
Lakin bundan əvvəl erməni və rus KİV-də baş naziri Nikol Paşinyan Rusiyanın Federal Təhlükəszilik Xidməti (FTX) əməkdaşlarını ölkədən çıxarmağa, Ermənistan-Türkiyə sərhədinə nəzarəti rus qoşunlarının əlindən almağa hazırlaşdığına dair məlumatlar yayılmışdı. Rusları əvəz etmək üçünsə Ermənistan polis qüvvələrinin sərhəddə göndəriləcəyi deyilirdi. O da qeyd olunub ki, Paşinyan Ermənistan ordusunun say tərkibinin qənaətbəxş olmadığını nəzərə alaraq, işə yaramayan və daha çox təhdid-təzyiq funksiyasını icra edən polis qüvvələrinin Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinə göndərilməsini məqsədəuyğun hesab edib.
Qeyd edək ki, Ermənistanda 26 il əvvəl formalaşdırılan polis qüvvələrinin (keçmiş daxili qoşunlar) funksiyası dövlət və ictimai təhlükəsizliyin təmin edilməsidir.
Emtv.az