18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Çavuşoğlu: “ABŞ özünü kovboy kimi aparsa cavab verəcəyik”
Türkiyənin Rusiya ilə münasibətləri ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə alternativ deyil.
Emtv.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Litvaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
“Biz bir tərəfin digərinə qarşı tətbiq etdiyi ədalətsiz sanksiyalarda iştirak etməyə məcbur deyilik. Bizim Rusiya ilə münasibətlərimiz ABŞ və Avropa İttifaqı ilə münasibətlərimizə alternativ deyil. Türkiyə balanslaşdırılmış siyasət yürüdür”, – deyə Çavuşoğlu vurğulayıb.
Türkiyəli nazir həmçinin, Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasını da şərh edib. Bildirib ki, müdafiə sistemlərini ilk növbədə müttəfiqlərindən, xüsusən də ABŞ-dan almaq istəsələr də, buna nail ola bilmədilər. İndi isə Ankaranın təcili tələbatının ödənilməsi üçün S-400-lərin əldə olunması vacibdir. Çünki S-400 müdafiə sistemləri seçim yox, məcburi zərurətdir.
Çavuğoğlu onu da əlavə edib ki, beşinci nəsil F-35 qırıcı təyyarələrini Ankaraya verməyəcəkləri ilə bağlı təhdidləri fonunda ABŞ-ın Türkiyəyə “Patriot” sistemlərini təhvil verəcəklərinə dair zəmanət yoxdur: “Biz F-35 layihəsi üzrə tərəfdaşıq. Amma əgər onlar kovboy filmlərindəki kimi “nə istəyirəm, onu da edirəm” prinsipi ilə hərəkət etsələr, biz də cavab verəcəyik”.
Aynurə Kərimova,
Emtv.az
Paylaş: