18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Rusiya ilə münasibətlərimiz Makronun ayıra biləcəyi qədər zəif deyil” – Çavuşoğlu
“Təəssüf ki, bir çox Avropalı dostumuz işin ciddiliyindən uzaq olan populizmi təmsil edirlər. Fransa prezidentinin verdiyi açıqlamalar ayrı-ayrı ölkələr tərəfindən yalanlandı. Bir prezidentə yaraşan açıqlamalar gözləyirik”.
Emtv.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Makronun “Suriya əməliyyatı ilə türklərlə rusları da bir-birindən ayırdıq” açıqlamasına münasibət bildirərkən deyib. Çavuşoğlu Türkiyənin Rusiya ilə möhkəm münasibətləri olduğunu bildirib.
“Makron, Rusiya və İranla İstanbulda birgə keçirdiyimiz zirvəyə gəlmək istədi. Üçlü toplantıya daxil edilməyincə gəlmədi. Bu hadisələr Dumadakı kimyəvi hücumdan əvvəl baş verdi. Biz əvvəldən kimyəvi silahlara da nüvə silahlarına da qarşıyıq. Bizim Rusiyaya ilə Astana prosesilə başlayan əlaqələrimiz var. Bu prosesdən də mühüm nailiyyətlər əldə etmişik. Bizim fərqli fikirlərimiz ola bilər, amma Rusiya ilə münasibətlərimiz, Fransa prezidentinin sözləri pozulacaq deyil. Bizim Rusiya ilə güclü münasibətimiz var. Bu cür bəyanatlar doğru açıqlamalar deyil”-Çavuşoğlu belə deyib.
Emtv.az