SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Dövlət Baytarlıq Xidməti heyvanları çimdirməyi məsləhət görüb

24-08-2018, 15:31 | Oxunub: 10 946 |

Dövlət Baytarlıq Xidməti heyvanları çimdirməyi məsləhət görüb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə müraciət edib.

Bu barədə Nazirlikdən bildirilir.

Müraciətdə deyilir ki, iribuynuzlu heyvanlarda (inək, camış və zebularda) ağır və iti formada gedən qan-parazitar xəstəliklərini törədən parazitotropa (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) qarşı çimizdirilmə tədbirinin aparılması vacibdir. Burada əsas məqsəd piroplazmoz üçlük (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji “zənciri” qırmaqdan ibarətdir. Bunun üçün heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi çiləyici qurğular vasitəsilə çimizdirilməlidir. Həmçinin xatırladaq ki, profilaktik məqsədlə aparılan bütün baytarlıq tədbirləri baytar həkiminin təyinatı və iştirakı ilə həyata keçirilməlidir.

Qeyd olunan tələblər gözlənilmədiyinə görə bu günlərdə Astara rayonunu Şüvü kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus təsərrüfatda 78 baş iribuynuzlu heyvanın tələfatı qeydə alınıb.
Hadisə ilə bağlı Dövlət Baytarlıq Xidməti bildirir ki, məlumat daxil olan kimi əraziyə baytarlıq mütəxəssisləri ezam edilib və ardıcıl müalicə tədbirləri aparılıb. Aparılan araşdırma zamanı sahibkarın verdiyi məlumata görə 20 avqust 2018-ci il tarixində Astara şəhərində yerləşən İmamverdi Rəciyevə məxsus baytarlıq aptekindən 1 litr 60 %-li İordaniya istehsalı olan diasidol baytarlıq preparatı alaraq 1 ton su ilə qarışdırıb və əlavə olaraq özündə olan 11,5%-li 2 litr Rusiya istehsalı olan kriolin əlavə edib. Həmin gün saat 11-12 radələrində təsərrüfatda müxtəlif yaş qrupundan olan heyvanlarda baytarlıq mütəxəssislərinin iştirakı və göstərişi olmadan özbaşına çimizdirilmə aparılıb. Çimizdirmə meyvə bağlarında ağacların dərmanlanmasında istifadə olunan çiləyici qurğu ilə icra edilib və heyvanlar nəzarətisiz örüş sahəsinə buraxılıb.

Sahibkar tərəfindən həmin gün saat 16:00 radələrində heyvanlar arasında ölümün baş verməsi ilə əlaqədar Astara rayon Baytarlıq idarəsinə məlumat verilib. Baytarlıq mütəxəssisləri dərhal təsərrüfata gəlib və 25 baş heyvanda simptomatik müalicə aparıblar.
Həmçinin təsərrüfatda 78 baş iribuynuzlu heyvanın ölməsi müəyyən edilib, ölmüş heyvan cəsədləri baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş 3 baş iribuynuzlu heyvan cəsədindən patoloji material götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran regional sınaq laboratoriyasına göndərilib.

Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinin diqqətinə çatdırır ki, təcrübələri olsa belə, baytarlıq mütəxəssislərinin iştirakı olmadan heyvanlarda özbaşına müalicə, peyvəndləmə və profilaktik, o cümlədən heyvanların çimizdirilməsi tədbirlərinin aparılması yol verilməzdir və bütünlükdə bu tədbirlər baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır. Əgər heyvalar arasında bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və Dövlət Baytarlıq Xidmətinin 562-76-13 saylı “Qaynar xətt”inə müraciət etsinlər.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR