17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BAKIDA ÇOXLU SAYDA DONUZ CƏSƏDİ TAPILDI
Yanvarın 18-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Binə Məişət Tullantıları Poliqonuna və ona yaxın əraziyə çoxlu sayda donuz cəsədləri atıldığı bildirilib.
"EMTV.az" xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, bu məlumata istinad edən DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri əraziyə baxış keçirib və məlum olub ki, cəsədlərin böyük əksəriyyəti bir müddət əvvəl əraziyə atılmış donuzlara məxsusdur. Artıq həmin cəsədlərdə çürümə prosesi gedib.
Özbaşına əraziyə atılmış donuz cəsədləri baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq Binə Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilib və ərazi dezinfeksiya edilib.
DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları yaxınlıqda olan donuzçuluq təsərrüfatlarında sorğu keçirib və bildirilib ki, hələlik donuzlar arasında xəstəlik və tələfat hallarına rast gəlinmir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev heyvanlarında, eləcə də donuzlarda özbaşına müalicə və profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq, tələfat halları olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə məlumat verilsin, bütün müalicə və profilaktika, eləcə də zərərsizləşdirilmə tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. Tələf olmuş heyvanların kənar yerlərə atılmasına yol verilməsin.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və sabitliyə tam nəzarət olunur.