SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Kriminal avtoritet nişanəsi: zibil qutusundan tapılan baltalanmış əl kimə məxsusdur? – Bakıda müəmmalı qətl

24-08-2018, 13:16 | Oxunub: 8 084 |

Kriminal avtoritet nişanəsi: zibil qutusundan tapılan baltalanmış əl kimə məxsusdur? – Bakıda müəmmalı qətl

Bakının Bülbülə qəsəbəsində zibil qutusundan balta ilə kəsilmiş və nərd zəri tatuirovkası döyülmüş kişi əli tapılı.

Deyilənə görə, beş nöqtəni əks etdirən zər tatuirovkasını bir qayda olaraq təkadamlıq kamerada cəza çəkən məhkumlar döydürürlər.

Suraxanı Rayon Polis İdarəsindən Sputnik.az-a bildirilib ki, əl sahibinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Mərhumun əvvəllər Rusiyada, Gürcüstanda və MDB məkanında mühakimə edilib-edilməməsi də sual altındadır.

Hüquq müdafiəçisi Eldar Zeynalov deyir ki, təkadamlıq kamerada cinayət aləminin “başçıları” – avtoritetlər otururlar. Hansı ki, onları digər cinayətkarlardan belə təcrid edirlər.

Meyitin bütün əzaları aşkar olunmadığından əməliyyat-istintaq qrupu hələlik bununla bağlı nəsə deməyə çətinlik çəkir.

Fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Yeri gəlmişkən qeyd edək ki, ötən il sentyabrın 5-də Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlanmışdı. Mərhumun saçları, qaşları qırxılmış, kiprikləri yandırılmışdı.

İstintaqın gəldiyi nəticəyə görə, qatil bunu qurbanının aşkarlanmaması üçün edib. Bu üzdən də itkin düşmüş şəxslərin siyahısındakı məlumat bazasındakı yoxlamalar heç bir nəticə verməyib.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR