SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə qarşılaşacaq

20-08-2018, 17:41 | Oxunub: 9 473 |

Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə qarşılaşacaq

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour”un dördüncü mərhələsində – “Sinkfild” kubokunda rusiyalı Aleksandr Qrişşukla sülh bağlayıb. Rəqiblər arasında heç-heçə ikinci turda 24-cü gedişdən sonra müəyyən edilib.

Emtv.az xəbər verir ki, ikinci turda hazırkı dünya çempionu Maqnus Karlsen ilk qələbəsini qazanıb. O, şahmat tacına eks-iddiaçı rusiyalı Sergey Karyakini məğlub edib. Ümumilikdə 88 gediş davam edən qarşılaşma bu turda yeganə nəticəli oyun olub.

Fabiano Karuana (ABŞ) – Levon Aronyan (Ermənistan), Uesli So – Hikaru Nakamura (hər ikisi ABŞ), Vişvanatan Anand (Hindistan) – Maksim Vaşye-Laqrav (Frana) da sülhlə ayrılıblar.

İki turdan sonra iştirakçıların mövqeyi belədir: Şəhriyar Məmmədyarov, Levon Aronyan, Maqnus Karlsen – hərəyə 1,5 xal, Hikaru Nakamura, Aleksandr Qrişşuk, Maksim Vaşye-Laqrav, Vişvanatan Anand, Fabiano Karuana – hərəyə 1 xal, Uesli So – 0,5 xal, Sergey Karyakin – 0.

Bu gün keçiriləcək üçüncü turda Levon Aronyan-Maqnus Karlsen, Şəhriyar Məmmədyarov-Fabiano Karuana, Sergey Karyakin-Vişvanatan Anand, Maksim Vaşye-Laqrav-Uesli So, Hikaru Nakamura-Aleksandr Qrişşuk qarşılaşacaqlar.

Seymur Rəhimov,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR