SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Qarın əzələlərinin tonusunun zəifləməsi

19-08-2018, 08:48 | Oxunub: 11 911 |

Qarın əzələlərinin tonusunun zəifləməsi

Qarın əzələlərinin tonusdan düşməsi klimakteriya öncəsi və klimakteriya zamanı əksər insanlarda baş verir. Əzələlərin tonusunun azalması maddələr mübadiləsinin və daxili sekresiya vəzilərinin pozulması zamanı baş verir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, qarın əzələlərində tonusun azalması özünü qarın və kürək əzələlərinin boşalması və sallanması ilə göstərir.

Bu zaman insanın fiqurasında dəyişikliklər baş verir,bel bükülür,çiyinlər irəli doğru əyilir,boy balacalanır,kürək hissə dairəvi şəkildə əyilir. Qarın əzələlərinin tonusunun zəifləməsi zamanı insanıın yerişi həmişəkindən ləng olur,hər addım atdıqda ayağı tərpətmək üçün güc tərtib etmək lazım gəlir.Belə adamların yerişi ağır-ağır olur.

Qarın bölgəsinin əzələləri öz tonusunu itirdiyi zaman qarın boşluğu üzvlərinin də funksiyalarında dəyişikliklər baş verir. Bu zaman bağırsaqlarda köp və qaz əmələ gəlir, mədə qıcqırması, qəbizlik baş verir.

Xəstə yatmağa uzandıqda qarnında yırğalanma hiss edir. Belə adamların qəbul elədiyi qida bağırsaqlarda ləngiyib gec həzmə getdiyi üçün zülalların parçalanması prosesi öz funksiyasının pozur. Bu zaman orqanizmdə intoksikasiya başlayır,xəstə özünü pis hiss edir,xəstədə aşağıdakı əlamətlər meydana çıxır:

- baş ağrıları
- ağırlıq hissi
- yorğunluq
- yaddaş zəifliyi

Xəstədə uzunmüddətli qəbizlik baş verərsə bağırsaqların peristaltikası pozulur,bağırsaqlarda genəlmələr baş verir.

Xəstəlik həm kişilərdə, həm də qadınlarda baş verə bilir. Qadınlarda qarın əzələlərini tonusunun itməsi daha ağır formada özünü göstərir. Belə ki, qadınlarda çanaq boşluğu orqanlarının əzələləri də öz tonusunu itirdiyinə görə uşaqlıqda sallanma, sidik saxlaya bilməmək kimi əlamətlər özünü gəstərir.

Qarın əzələlərinin tonusunun zəifləməsi zamanı kişilərdə qarın tipli piylənmə əmələ gəldiyi üçün kişilərdə cinsi zəiflik meydana gəlir.
Qarın əzələlərini tonusu aşağı düşdüyü zaman bəzi prosedurlara əməl eləmək lazımdır:


1. Səhər gimnastikası
2. Xüsusi fiziki çalışmalar
3. Qida rasionuna əməl etmək
4. Gün ərzində 1-3 saat piyada gəzmək
5. Aktiv həyat tərzi
6. İdmanla məşğul olmaq
7. Massaj etmək
8. Su prosedurları

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR