18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
9-KƏNDİN YOLLARI GÜCLÜ QAR YAĞMASI NƏTİCƏSİNDƏ BAĞLANDI
Güclü yağan qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb.
"EMTV.az" RTV-yə (Region TV) istinadən xəbər verir ki, güclü yağan qar Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub. Bununla əlaqədar, həmin istiqamətdə 9 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Qubadakı 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 36-cı kilometrliyində işləyirlər. Yolda qarın hündürlüyü 50-60 santimetrə çatır. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqununun olma ehtimalı var. Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur. Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, Quba rayonu ərazisində ən çox qar Xınalığa yağıb. Burada qarın hündürlüyü 59 santimetrə çatır. Dağətəyi ərazilərdə isə qarın hündürlüyü 15-16 santimetrdir. Qar yağmaqda davam edir. Qarın yağması ilə əlaqədar temperatur dağlıq ərazilərdə mənfi 10 dərəcə təşkil edir.