17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əmək müqaviləsi yoxdursa, bütün əmək hüquqları, gələcək sosial təminat da yoxdur - FOTOLAR
Əmək münasibətləri əmək müqaviləsi əsasında həyata keçirildikdə bu, işçiyə onun həyatının, sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində və qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq hüququ yaradır. İşçiyə minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, məcburi dövlət sosial sığortasına cəlb edilərək gələcəkdə sosial təminat hüququ əldə etmək imkanı verir.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Fizuli, Beyləqan rayonlarından olan ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb. Seminar "Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları" və "Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularına həsr olunub.
Qeyd olunub ki, əmək müqaviləsi olmadan işləmək işçini bütün əmək hüquqlarından və gələcək sosial təminatdan məhrum edir. Belə halda işçi qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək, istirahət və məzuniyyət hüquqlarını itirmiş olur. Bağlanan hər bir əmək müqaviləsi isə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və əks halda hüquqi qüvvəyə minmir.
Seminarda hər iki mövzuda tədbir zamanı iştirakçıların sualları da cavablandırılıb.
Aysu Əliyeva,
Emtv.az