17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazir: İşçilərin işdənçıxarma müavinətinin artırılması...
“Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialı artırılacaq”
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qeyri-rəsmi məşğulluq məsələsi tək bir nazirliyin işi deyil: “Müxtəlif orqanlar tərəfindən bu istiqamətdə ümumi tənzimlənmə və koordinasiya məsələlərinə ehtiyac olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev baş nazirin müavininin başçılığı ilə komissiya yaradıb. Həmin komissiyaya daxil olan orqanlardan biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında tənzimlənmə funksiyasını həyata keçirən orqandır”.
Nazir bildirib ki, dəyişikliklərin “İşsizlikdən sığorta haqqında” Qanunun qəbulundan sonra 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi gözlənilir: “Dəyişikliklər işçilərin ixtisarı zamanı işdənçıxarma müavinətinin bir aylıq orta əmək haqqından artırılaraq iki aylıq orta əmək haqqı səviyyəsində müəyyən edilməsini nəzərdə tutur.
Milli məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, bu yöndə normativ hüquqi aktların qəbuluna baxmayaraq, bəzi müəssisələr işçilərin məvacibini az göstərir.
İşçilərin hüquqlarının qorunması yönündə atılan addımlardan danışan millət vəkili bildirib ki, Əmək Məcəlləsinə dəyişikliklər əmək bazarına nəzarətin gücləndirilməsi, işəgötürənin hüquqi məsuliyyətinin daha da artırılması istiqamətində mühüm addımdır”.
Emtv.az