SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Elmar Məmmədyarov: Konvensiya Xəzəryanı dövlətlərin fəaliyyətində şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir

15-08-2018, 18:13 | Oxunub: 7 729 |

Elmar Məmmədyarov: Konvensiya Xəzəryanı dövlətlərin fəaliyyətində şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Aktauda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısının yekunlarına dair yerli mətbuata müsahibə verib. Müsahibəni təqdim edirik.

– Xəzər dənizi üzrə V Zirvə toplantısının nəticələri barədə nə deyərdiniz?

– 2018-ci il avqustun 12-də Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün tarixi hadisə və mühüm əhəmiyyətli nailiyyətdir. Bu, bir daha onu nümayiş etdirir ki, Xəzəryanı dövlətlər Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanaqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti əzmə malikdirlər. Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Sənədin əsasını beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir.

Hüquqi rejimin və anlayışların müəyyən edilməsi ilə bərabər, Konvensiya bütün Xəzəryanı dövlətlərin fəaliyyətində aydın, şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan bu cür münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün vacibdir.

Xəzəryanı dövlətlər, həmçinin bu Konvensiyanın hazırlanması prosesində unikal regional mənsubiyyət, məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyəti nümayiş etdirdilər. Xəzəryanı dövlətlər hər hansı kənar müdaxiləyə imkan vermədən birgə konstruktiv səylərlə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar.

-Konvensiyanın razılaşdırılması prosesi üzv dövlətlər tərəfindən davamlı səylər tələb edirdi. Bu barədə fikirlərinizi bilmək istərdik.

– Etiraf etməliyik ki, Konvensiyanın razılaşdırılmasının son mərhələsi heç də asan olmayan müzakirələrdən keçib. 2017-ci ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin ikigünlük iclası çox intensiv xarakter daşıdı və nəhayət ki, Konvensiyanın razılaşdırılması istiqamətində əsas irəliləyiş əldə olundu. Bir sıra müddəalar üzrə çox ağır müzakirələr keçdi. Amma xoş niyyətlə və qarşılıqlı etimad şəraitində aparıldığı halda, danışıqlar müsbət nəticə verir. Bütün bu müzakirələrin yekunu olaraq, Xəzəryanı dövlətlərin Aktauda keçirilmiş Zirvə toplantısında Konvensiya imzalanmaq üçün prezidentlərə təqdim olundu və biz bu nailiyyətə imza atdıq.

– Bundan sonrakı addımlar nədən ibarət olacaq?

– Ölkədaxili prosedurlara uyğun olaraq Konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim ediləcək. Biz ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq. Ratifikasiya prosesinin başa çatması və Konvensiyadan irəli gələn müddəaların praktiki icrası regionun dayanaqlı inkişafı üçün daha geniş imkanlar açacaq. Konvensiyada və Aktau Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikedə yeni vəzifələr və tapşırıqlar müəyyən olunub. Bütün Xəzər regionunun və xalqlarımızın gələcək mənafeyi naminə xoş niyyətə, dostluğa və əməkdaşlığa əsaslanan intensiv işimiz bundan sonra da davam etdiriləcək.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR