18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib” – Erməni hüquq müdafiəçisi
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında bu günədək elə həmin Madrid prinsipləri var.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistanın “Hüquq pozuntularına qarşı” ictimai birliyinin icraçı direktoru, hüquq müdafiəçisi Larisa Alaverdyan bu gün gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi ermənilər üçün heç də əlverişli və faydalı deyil.
“Danışıqlar masasında bizim əlimizdə artıq heç nəyimiz yoxdur. Yalnız Madrid prinsipləri var. Madrid sənədində isə biz Ermənistanın birinci prezidentinin (Levon Ter-Petrosyan) hələ o vaxt “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bəyan etiyi nəticəyə gəlmişik. Yəni konkret olaraq Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib, amma daha yüksək status çərçivəsində – muxtar əyalət yox, muxtar respublika kimi.” – deyə, erməni ekspert bildirib.
Alaverdyanın sözlərinə görə, Ermənistanın ikinci və üçüncü prezidentləri – Robert Köçəryan və Serj Sarkisyan Dağlıq Qarabağın birbaşa Azərbaycana tabe olmasının mümkünsüzlüyü və onun ayrıca müstəqil dövlət kimi tanınmasının vacibliyilə bağlı birmənalı və sərt bəyanatlar vermələrinə baxmayaraq, Madrid prinsiplərində göstərilən mərhələli həll variantı çərçivəsində belə bir müddəa əks olunmayıb. Beynəlxalq ictimaiyyət də Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır.
Danışıqlar prosesində Ermənistanın diplomatik fiaskosuna diqqət çəkən Alaverdyan vurğulayıb ki, nizamlanma masasındakı mövcud razılaşmalara zidd sərt bəyanatlarına baxmayaraq, Ermənistan Madrid prinsiplərindən birtərəfli qaydada imtina edə və bu razılaşmadan çıxa bilməz. Çünki artıq gecdir və belə addım İrəvanın beynəlxalq imicinə və mövqelərinə ciddi zərbə vura bilər. Bu kontekstdə Ermənistan rəhbərliyinə məsləhət verən Alaverdyan, Qarabağın Azərbaycanın tərkibində qalmasının qarşısını almaq üçün İrəvana başqa çərçivə və platformalarda intensiv iş aparmağı təklif edib.
Sevinc Əlimova,
Emtv.az