SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Almaniya Mərkəzi Bankından İrana sarsıdıcı ilk zərbə: 400 milyonluq zərbənin şok detalları

9-08-2018, 11:51 | Oxunub: 9 818 |

Almaniya Mərkəzi Bankından İrana sarsıdıcı ilk zərbə: 400 milyonluq zərbənin şok detalları

ABŞ-ın İrana yönəlik sanksiyalarından sonra, Almaniya Mərkəzi Bankı Tehrana ilk zərbəni vurub.

Emtv.az xəbər verir ki, Amerikanın İrana qarşı sanksiyaları artıq öz bəhrəsini verməkdədir.

ABŞ bu istiqamətdə Almaniyanın maliyyə sektorundan dəstək əldə edə bilib.

Almaniyanın mərkəzi bankı hesab edilən Deutsche Bundesbank Tehrana 400 milyon dollar civarındakı nağd pul köçürməsini dayandırıb.

Amerikanın noyabr ayında tətbiq edəcəyi iflicedici bank sanksiyaları öncəsi İran ölkə iqtisadiyyatının qoruyub saxlamaq üçün nağd pula ehtiyacı olduğu üçün xarici ölkələrdən sağlam maliyyə almaq axtarışına çıxdı.

Bu zaman Almaniya İranın sahibi olduğu European-Iranian trade bank (EIH) Avropa-İran Ticarət Bankının Hamburqda fəaliyət göstərməsinə razılıq verdi. EIH hazırda 400 milyon dollardan çox pulu əlində saxlayır ki, noyabr ayında İran bankları və enerji sektoruna təzyiq edilən zaman, Tehrana bu pulu nağd formada təqdim etsin.

Deutsche Bundesbank isə keçmişdə Amerikanın İrana qarşı sanksiyaları zamanı EIH ilə işbirliyində olub. ABŞ və AB bundan öncə EIH-ə İranın nüvə proqramı ilə bağlı olaraq sanksiya tətbiq edib. Bu sanksiya 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı razılaşma əldə edildikdən sonra aradan qaldırılıb. Almaniya Mərkəzi Bankının Tehrana 400 milyon dollarlıq nağd pulu verməkdən imtina etməsini ABŞ-ın Berlindəki səfiri Riçard Grenell qələbə zəfəri kimi dəyərləndirib. O öz Twitter səhifəsində “ Alman həmkarlarımızla yaxın əməkdaşlıq hesabına İranın fəaliyyətlərini dayandırmaqla bağlı hərəkətə keçdikləri üçün təşəkkür edirik” yazıb.

Almaniyanın bu qərarı avqustun 25-dən etibarən qüvvəyə minəcək.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR