SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Toya görə 4 sürücü saxlanıldı - Fotoları

8-08-2018, 15:04 | Oxunub: 7 865 |

Toya görə 4 sürücü saxlanıldı - Fotoları

Binəqədi rayonu ərazisində keçirilən toy karvanına qoşulan bir qrup avtomobil davamlı olaraq, hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə digər avtomobil sürücülərin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıb.

Emtv.az-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumatda bildirilir ki, "Təhlükəsiz şəhər" kameralarının köməyi ilə qeydə alınan fakt üzrə, dörd avtomobil müəyyən olunmaqla xətanın xüsusatları Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində araşdırılıb, toplanan matreallar Binəqədi rayon məhkəməsinə göndərilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1994-cü il təvəllüdlü Bərdə rayonu, Hacıallı kəndində qeydiyyatda olan, iki uşaq atası, taksi fəaliyyəti ilə məşğul olan "VAZ 21-06" markalı, 10 LA 821 dövlət qeydiyyat nişanlı, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan Rəhimli Rəhim Yusif oğlu, 1996-cü il təvəllüdlü Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan, subay, "VAZ 21-06" markalı, 90 MF 936 dövlət qeydiyyatı nişanlı Nəbiyev Vüsal Eldar oğlu və 1989-cu ildə təvəllüdlü Beyləqan rayonunda qeydiyyatda olan, bir uşaq atası, Bakı şəhərində yaşayan, "Daewoo - Gentra" markalı, 99 AM 776 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Mehdiyev Cəlil Firdövsi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1 -ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilib.

Həbs edilən şəxslərlə müvəqqəti saxlama təcridxanasında profilaktik söhbətlər aparılıb. Vurğulanıb ki, kiminsə haqlı olmasının başlıca yolu, qanuna əməl etməkdən keçir. Əgər tərəflərdən biri qanunu pozursa, yol polisi bunu aşkarlayıb məsuliyyətə cəlb edirsə, bu cəmiyyətin gələcəyi, ictimai təhlükəsizilyin etibarlı təminatı ilə bağlı olan məsələdir. Yol-nəqliyyat hadisələrinin baş verməsi hərəkət iştirakçılarının intizamının səviyyəsi ilə bağlıdır.

Törədilən hər bir əmələ görə cəzalanan şəxslər bu əməllərindən peşmançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu açıq etiraf etməklə sürücüləri yollarda daha həssas və diqqətli olmalarını tövsiyyə ediblər. Onlar sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində verilən qərarın əməllərinə adekvat olduğunu qeyd ediblər.

Sevinc Əlimova, Emtv.az
Toya görə 4 sürücü saxlanıldı - Fotoları
Toya görə 4 sürücü saxlanıldı - Fotoları
Toya görə 4 sürücü saxlanıldı - Fotoları
Toya görə 4 sürücü saxlanıldı - Fotoları
Toya görə 4 sürücü saxlanıldı - Fotoları

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR