17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İKİ UŞAQ ANASINI ÖLDÜRƏN HARIN GƏNC CƏZALANDIRILMADI – “Yaş həddi imkan vermir…”
Məhkəmə “Porsche” ilə qəza törədən yeniyetmə barədə qərar verib.
Emtv.az xəbər verir ki, Bakı şəhər prokurorluğundan apa-ya verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib.
Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.
Xatırladaq ki, ilkin məlumatlarda Ağaəli Fərəclinin 14 yaşı olduğu bildirilirdi. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda A. Fərəclinin 16 yaşının olduğu açıqlanıb.
Qeyd edək ki, bu il mayın 3-də naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada, 24 yaşlı Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.
Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı, 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Ağəli Füzuli oğlu Fərəcli tərəfindən törədilməsi müəyyən edilib.
Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs – F. Fərəcli tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə – azyaşlı oğlu A. Fərəcliyə verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.
Emtv.az