SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Trampdan Çinə qarşı növbəti həmlə

8-08-2018, 09:29 | Oxunub: 9 472 |

Trampdan Çinə qarşı növbəti həmlə

ABŞ prezidenti Donald Tramp Çin məhsullarına qarşı əlavə 25 faizlik gömrük vergsinin tətbiq edilməsi barədə fərman imzalayıb.

Bununla da ABŞ Çin məhsullarına tətbiq ediləcək 50 milyard dollarlıq gömrük rüsumunun ikinci mərhəsləsinə qədəm qoyub.

Emtv.az xəbər verir ki, ikinci mərhələdə 16 milyard dollarlıq Çin məhsuluna əlavə gömrük rüsumu tətbiq ediləcək.

Çin məhsullarına qarşı tətbiq edilən vergi qərarı avqustun 23-dən rəsmən qüvvəyə minəcək.

ABŞ prezidenti Donald Tramp Çin məhsullarına 25 faizlik gömrük rüsumunun ikinci mərhələsinin başlanması barədə qərar verməyinin əsas səbəbini texnoloji oğruluq etməsi və ədalətsiz ticarət əməliyyatları həyata keçirməsi ilə izah edib.

ABŞ Ticarət Təmsilçiliyi Çin məhsullarına tətbiq ediləcək 25 faizlik gömrük rüsumunun siyahısını da açıqlayıb. Bu siyahıda 279 Çin məhsulunun adı qeyd edilib. Bunlar arasında mühərrik yağları, akrilik polimer və yarımkeçircilər də var.

İyulun 7-də Çin məhsullarına qarşı tətbiq edilən 34 milyard dollarlıq əlavə gömrük vergisinin birinci mərhələsindəki siyahıya isə 818 məhsul daxil edilib. Bunlar əsasən Çinin müdafiə, aviasiya və istehsal sektorunu əhatə edir. Bura nüvə reaktorları, qaz trubinləri, hava və qaz mayeləşdirici avadanlıqlar, kommersiya məqsədli sobalar və çirkab təmizləyən maşınlar daxildir.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR