SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO

3-08-2018, 15:10 | Oxunub: 19 117 |

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO

Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydüyü iddia olunur.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək, köynəyi cırılmış halda onu Hacı Mazan və ətrafındakı şəxslərin döydüyünü bildirib.Vətəndaş iddia edib ki, iş adamı və onun ətrafındakı şəxslər onun üzünə və bədəninə xəsarət yetiriblər.

Eləcə də evindəki əşyaları dağıdıblar.Bundan başqa şikayətçi olan vətəndaşı çəkmək üçün hadisə yerinə gələn Xəzər televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı Hacı Mazan mikrofonu müxbirin əlindən dartaraq alır. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışır.

Unikal.org-a açıqlama verən Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb: "Paytaxtın Binəqədi rayonu Rəsulzadı qəsəbəsi Musabəyov 4c ünvanında "iNAM BAYRAM-M" MTK-ya məxsus binada yaşayıram.Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün Hacı Mazan və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var.Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm.Bundan sonra tibbi-ekspert komisiyasına müraciət edəcəm ki, xəsarətlərimlə bağlı rəy alım.Məndən əlavə televiziya işçilərinə də hücum olundu.DİN-nın 102 xidmətinə də məlumat vermişəm.Ümid edirəm təqsirkarlar cəzalanacaq."

Sevinc Əlimova,
Emtv.az


Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO
Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü - FOTOLAR/VİDEO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR