SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Hacı İbrahim Nehrəmli: “Heç zaman kreditə maşın almamışam”

28-04-2017, 11:53 | Oxunub: 9 741 |

Hacı İbrahim Nehrəmli: “Heç zaman kreditə maşın almamışam”
Ölkə mətbuatında “Avesta Concern” şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus avtomobilin bank tərəfindən hərraca çıxarılması ilə bağlı xəbər yayılıb. Hacı İbrahim Nehrəmliyə məxsus “Rolls Royce” markalı avtomobil kreditdə olub. İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb:

“Maşını almaq üçün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb”,- deyə məlumatda qeyd olunur.

Hacı İbrahim Nehrəmli isə barəsində yazılan bu xəbəri təkzib edib. O, mətbuata bildirib ki, heç zaman kreditlə avtomobil almayıb:
“Mənim VTB banka nə borcum, nə kreditim, nə də onlardan hər hansı bir alacağım olmayıb. “Rolls Royce” markalı qara maşınım da hazırda evdədir. Yayılan məlumat tamamilə yalandır. Camaatın deyəsən işi gücü qurtarıb. VTB banka sorğu versinlər, görsünlər mənim onlara borcum var, yoxsa yox... Heç zaman kreditə maşın almamışam. Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz. Avtomobilə gəlincə isə burada da kreditə girdinsə, qiymətin iki qatını banka qaytarırsan. Ona görə də çətindir. “Rolls Royce” maşınımı da 2008-ci ildə nağd şəkildə almışam”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR