18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"O, çox yaxşı uşaq idi və məni çox sevirdi" - Bin Ladenin Anası
"Əl-Qaidə" terror qruplaşmasının yaradıcısı və lideri Üsamə bin Ladenin anası Aliyə Qanem Böyük Britaniyanın "The Guardian" qəzetinə müsahibə verib.
Emtv.az "qazeta.ru"ya istənadən xəbər verir ki, qəzetdə A.Qanemin hazırda Səudiyyə Ərəbistanının qərbindəki Ciddə şəhərində Üsəma bin Ladenin qardaşları - Əhməd və Həsən və ikinci həyat yoldaşı Məhəmməd əl-Attas ilə birgə yaşadığı göstərilir.
"Oğlum Üsəma bin Laden məndən uzaq olduğundan həyatım çox çətin olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi", - ana deyib.
A.Qanem bildirib ki, Üsəmanı üç yaşından etibarən ikinci həyat yoldaşı böyüdüb.
Ana ilk övladı olan Üsəmanı utancaq, təhsildə bacarıqlı biri kimi xatırlayır. Onun sözlərinə görə, universitetdəki insanlar onu dəyişdi və o, fərqli biri oldu.
"İyirmi il ərzində onun beynini dolduran insanlarla görüşənə qədər o, çox yaxşı uşaq idi. Həmişə ona belə şəxslərdən uzaq durmasını deyərdim. Heç vaxt mənə nə işlə məşğul olduğunu deməzdi. Çünki məni çox sevirdi" - A.Qanem xatırlayır.
Ananın sözlərinə görə, heç vaxt oğlunun cihadçı ola biləcəyindən şübhələnməyib. O qeyd edir ki, oğlunun əslində kim olduğunu başa düşdükdə dərindən üzülüb."report"
Aysu Əliyeva,
Emtv.az