18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Elnarə məni bu mövzuda bağlayar” - Xuraman
Müğənni Xuraman Şuşalı “Hər şey daxil” verilişinin qonağı olub.
Emtv.az-ın məlumatına görə, ifaçı 3 il səhnədən uzaq qalmasının səbəbindən danışıb:
“3 il efirə çıxırdım, amma mahnı oxumurdum. Yəqin ki, imanım onda güclü idi, oxumaq istəmirdim. Başımı bağlayandan sonra xına evi açdım. Özümə bir komanda düzəltdim. Bu gün də içkisiz məclislərdə, qadın toylarında çıxış edirəm”.
Xuraman ərinin istəyi ilə hicaba keçməsi xəbərlərinin yalan olduğunu deyib:
“2010-cu ildə ailə qurmuşam, 2013-cü ildə isə başımı bağlamışam. Çox adam elə bilir ki, həyat yoldaşıma görə başımı bağlamışam. Amma bu, belə deyil. Başımı özüm istəyərək bağlamışam. Əgər onun istəyi ilə bağlamış olsaydım, onun xətrimə dəyən hər hansı sözündən sonra başımı aça bilərdim. Amma bunu özüm istəmişəm”.
3 uşaq anası olan müğənni hələlik 4-cü övlad barədə düşünmədiyini deyib. O, zarafatla həmkarı, 4 uşaq anası Elnarə Xəlilova ilə bəhsə girə bilməyəcəyini də bildirib:
“Elnarə ilə bəhsə girə bilmərəm. O, məni bu mövzuda “bağlayar”. Allah olmayanlara qismət eləsin, mənə 3 bəsdir. 2 oğlum, bir qızım var. Qismətdirsə 4-cü də olacaq”.
Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçinlə ailəlidir.
Emtv.az