18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kürdəmirdə toyda yığılan pullar oğurlanıb
Kürdəmirdə toy məclisindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Emtv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsinə müraciət edən Mollakənd kənd sakini C.İsayev iyulun 28-də kənd ərazisindəki şadlıq saraylarının birində keçirilmiş toy məclisində dəhlizdə quraşdırılmış qutudan 4700 manat pulun oğurlandığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Araşdırmalarla onların Qacılı kənd sakinləri Tərlan Mazanov və Ruhan Bəşirzadə olduqları müəyyən edilib. Oğurlanmış pulların bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Aysu Əliyeva
Emtv.az