17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda əcnəbi vətəndaşın 5000 manat və 5000 dollarını oğurlayan bacı-qardaş saxlanılıb
Martın 15-də Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Emtv.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla rayonun Z.Əhmədbəyov küçəsində kirayədə yaşayan əcnəbi vətəndaşın mənzilindən içərisində 5000 manat və 5000 ABŞ dolları olan pulqabısının oğurlandığı məlum olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilib və onlar “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Lənkəran rayon sakinləri Elvin Səmədov və bacısı Gülər olduqları müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb.
Emtv.az
Report