18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Misirlə Azərbaycan arasında birbaşa aviareyslərin açılması prosesi ləngiyir
"Azərbaycan və Misir arasında iqtisadi əlaqələr fevralda Qahirədə baş tutan hökumətlərarası komissiyanın iclasında imzalanmış sənədlər əsasında inkişaf etdirilir".
Emtv.az yerli mətbuata istinadən xəbərinə görə, bunu Misirin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim bu gün keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, yaxın gələcəkdə iki ölkə arasında nazirlər səviyyəsində, eləcə də ali səviyyədə qarşılıqlı səfərlər gözlənilir və bu səfərlərin gerçəkləşdirilməsi üçün işlər görülür.
Diplomatın sözlərinə görə, iki ölkə arasında birbaşa aviareyslərin açılması ilə bağlı razılaşma olsa da, aviaşirkətlər bu sahədə itirdiklərinin çox olacağını düşündükləri üçün proses bir az ləngiyir: "Əvvəlcə iki ölkə arasındakı turizmi elə təşviq etmək lazımdır ki , bu reyslərin həyata keçirilməsi üçün zəmin yaransın. Turist axını çox olmalıdır. Ticarət dövriyyəsinin həcmi də birbaşa aviareyslərə görə azdır. Misirdə 2011-2013-cü illəri əhatə edən hadisələr siyasi gərginlikdən dolayı yaşanıb. Misirdə heç bir turistə zərər gəlməyib. Hər il Misiri 10 milyon turist ziyarət edir”.
Aynurə Kərimova,
Emtv.az