SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

28-02-2018, 13:01 | Oxunub: 9 321 |

Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

Emtv.az xəbər verir ki, səfir Adel İbrahim Ahmed İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd etdi, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və bu ölkə ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına önəm verdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq bu yaxınlarda Qahirə şəhərində Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyasının iclasının uğurla keçirilməsindən məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini bildirdi, mövcud siyasi dialoqun səmərəli şəkildə davam etdirilməsinin önəmini vurğuladı. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu bildirdi. Ölkələrimizin qarşılıqlı idxal-ixrac potensialından faydalana biləcəyini deyən Prezident İlham Əliyev, həmçinin sərmayə imkanlarının araşdırılmasının və hər iki ölkədən olan şirkətlərin fəaliyyəti üçün lazımi şərtlərin yaradılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə Misirlə sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparıldığını, insanların daha müntəzəm səyahətlərinin təşkil edilməsi üçün birbaşa uçuşların yaradılmasının önəminə toxundu.

Prezident İlham Əliyev səfir Adel İbrahim Ahmed İbrahimin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.

İlkanə Orucova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR