17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İcra başçısı ağaclara “kislota” tökülən əraziyə getdi
Yasamal Rayon İcra başçısı Əziz Əzizov ağacların dibinə kimyəvi maddə tökülən ərazidə olub.
Emtv.az xəbər verir ki, bu barədə icra hakimiyyətindən “Qafqazinfo”ya bildirilib. Qeyd edilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır: “Məsələdən xəbərdar olan kimi icra başçımız dərhal ərazidə olub və tapşırıqlarını verib. Məsələylə bağlı lazımi tədbirlər görüləcək və səbəbkarlar mütləq cəzalandırılacaq. Bu, fərdi şəkildə törədilmiş bir hadisədir. Məsələylə bağlı İcra Hakimiyyətini qınamaq olmaz”.
Xatırladaq ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı informasiya haqda açıqlama yayıb. Bildirilib ki, ərazidə olan müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə ağacların qurudulması məqsədilə diblərinə “kislota” tökülməsi ilə bağlı videogörüntülər də paylaşılmışdı.
Aynurə Kərimova
Emtv.az